Ölkə
Azərbaycanda yük maşınının təkəri çıxıb yol kənarındakı şəxsi öldürdü
Bakı-Qazax magistral yolunun Ağdaş rayonundan keçən hissəsində piyadanın ölümü ilə nəticələnən hadisə baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Ləki qəsəbəsinin girişində yük avtomobilinin təkəri çıxaraq yanacaqdoldurma məntəqəsində dayanan 1983-cü il təvəllüdlü Hümbətov Aqil Aydın oğluna dəyib. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun