Ölkə

Müəllimim məni qaçqın adlandırıb, məktəbdən qovulmağımı istəyirdi

“Bəzən aşağılandığımız günləri boynumuza almaq istəmirik. Hətta məktəbdə müəlliməm məni aşağılamışdı. Demişdir ki, “Qaçqın da qışda məktəbə “basanojka” ilə gələr?”… O məktəbdə təhsil müdirəsi idi. Onun 38 yaşı vardı. O zamanlar isə mən 5-ci sinifdə oxuyurdum. Bu sözü deyən bir müəllimdir. Müəllim sözünü də ucuşlaşdırmaq istəmirəm. Çünki o qəlbimi ağır dərəcədə qırıb”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib.

Sənətçi bildirib ki, müəlliməsi onu 11 -ci sinifə kimi qaçqın adlandıraraq, məktəbdən qovulmasını istəyib: 

“O müəllimə məni bütün sinfin içində aşağılamışdı. O, düz 11-ci sinfə kimi məni aşağıladı, məndən əl çəkmədi. Çalışırdı ki, məktəbdən çıxım və ya qovulum. İncəsənət gimnaziyasında təhsil alırdım. Çox istedadlı bir uşaq idim. Oxuduğum 4 əsər “Qızıl fond”a salınıb. Ulu öndərimizin qarşısında oxuyurdum.

Hər zaman məndə bir əyər-əskiklik axtarırdı. Hər yerdə məcburi köçkün olduğumu söyləyib, məni aşağılayırdı. Allah onu bağışlasın. Şuşa alınandan sonra yenidən o hisslər qayıtdı…

Çünki istər-istəməz o günlərə qayıdırsan. Sanki lent kimi yaşadıqlarım gözümün önündən keçdi. Mən travmalarımı basdırdığıma görə həmin müəlliməni bağışlamışam. Bilirəm ki, həmin müəllimənin həyatında ağır günlər olub. Əlaqəm onunla yoxdur. Düşünürəm ki, o qadın məni anlamalı idi. Bir uşaq əgər “basanojka” ilə məktəbə gedirsə və valideyinlərindən ayrı məktəbin yataqxanasında qalırsa, gör nə vəziyyətdədir ki, elə bir ayaqqabı geyinib”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button