Ölkə

Əzmkar peyğəmbərlər

Əzmkar və möhkəm iradə sahibləri olan peyğəmbərlər ulul-əzm peyğəmbərlərdir. Uca Allah Muhəmməd peyğəmbərə – ona və ailəsinə Allahın salavatı və salamı olsun – buyurmuşdur: “Elçilərdən möhkəm iradə sahiblərinin səbir etdiyi kimi, sən də səbir et!” (əl-Əhqaf, 35).

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Alimlər ulul-əzm peyğəmbərlərin sayının beş olduğunu söyləmişlər – bunlar Nuh, İbrahim, Musa, İsa və Muhəmmədir (Allahın onlara salavatı və salamı olsun!).

Onların beşinin adı birlikdə Qurani Kərimdə iki yerdə çəkilir. Onlardan birincisi “əl-Əhzab” surəsindədir:

“Bir zaman Biz peyğəmbərlərdən əhd almışıq; səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd almışıq” (əl-Əhzab, 7).

İkinci ayə isə “əş-Şura” surəsindədir:

“Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin dəvət etdiyin tövhid müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və Ona üz tutanı Özünə tərəf yönəldər” (əş-Şura, 13).

Onların adlarının xüsusi olaraq qeyd olunması onların xüsusi şərəf və fəzilətə layiq olduqlarını göstərir. Bu beş peyğəmbər peyğəmbərlərin ən fəzilətlisi, Adəm övladlarının ən xeyirlisidir.

Əbu Hureyra demişdir: “Adəm övladlarının ən xeyirlisi beş nəfərdir: Nuh, İbrahim, İsa, Musa və Muhəmməd (Allahın onlara salavatı və salamı olsun!). Onların arasında ən xeyirlisi isə Muhəmməddir”.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button