Səlim Müslümovun səhhətində problem yarandı
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəmə prosesi yenidən təxirə salınıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bu günə təyin edilmiş iclasın təxirə salınmasına səbəb təqsirləndirilən şəxsin səhhətində problem yaranması olub.
Posesə sədrlik edən hakim Faiq Qəniyev bildirib ki, sabiq nazir kəskin respirator xəstəliyə yoluxub.
Bu səbəbdən proses bir həftə təxirə salınıb.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, Dövlət Sosial Müdafiə Fondunun sədri (2002-2013) və nazir (2013-2018) işlədiyi dövrlərdə 27 milyon manatlıq rüşvətalma, mənimsəmə və israfetmə əməllərinə görə ittiham olunur. Sabiq nazir həmin puldan 20 milyon manatını istintaq dövründə ödəyib. 8 milyon manatlıq əmlakı üzərinə isə həbs qoyulub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun