Uncategorized

İmtahanların başlama saatı dəyişdirildi – İstiyə görə

Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 11-də və daha sonrakı tarixlərdə, eləcə də iyul və avqustda keçiriləcək imtahanlar bu aylar üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə DİM-dən xəbər verilib.

“İştirakçılar nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmırlar.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və buraxılış vərəqəsində həmin vaxt göstərilir. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Hər hansı bir imtahan üçün buraxılış vərəqələri imtahandan 5-7 gün öncə Mərkəzin saytına yerləşdirilir” – DİM-in məlumatında bildirilib.


Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button