Uncategorized

Kaxovkadakı bəndin partladılması kimə SƏRF EDİR?

Ukrayna ilə Rusiya arasında iki ilə yaxındır davam edən müharibənin gedişində ən ağlasığmaz hadisələr yaşanır. Bu dəfə dəhşətli hadisə Kaxovka su elektrik stansiyası bəndinin dağılması olub. Ukrayna prezidenti Vladimir Zelenski buna görə Rusiyanı günahlandırıb və bəndin dağıdılmasından sonra 80 şəhər və kəndin su altında qala biləcəyini deyib. Dağılan bəndin üzərində olduğu Dnepr çayının aşağı axarında yerləşən Xerson şəhəri üçün bu daşqın fəlakətlə nəticələnə bilən risk hesab olunur. Rusiya nəzarəti altında olan bəndin dağıdılmasında rolunu inkar edib, əvəzində Ukraynanı atəş açaraq bəndi partlatmaqda günahlandırıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, BBC nə Ukrayna, nə də Rusiyanın iddiasını təsdiqləyə bilməyib. Stratpoints Fondunun hərbi eksperti, Polşa hərbi əks-kəşfiyyatının keçmiş rəis müavini Maciej Matysiakın sözlərinə görə, Kaxovka SES bəndinin dağılması nəticəsində Rusiya qoşunları Ukraynanın gözlənilən əks-hücumuna qarşı müdafiə mövqelərini yaxşılaşdırıblar. Ekspert hesab edir ki, cəbhə xəttində yerləşən nəhəng bəndin dağıdılması nəticəsində yaranan daşqın Ukrayna silahlı qüvvələrinin bir aya qədər ərazidə tank və ya piyada döyüş maşınları kimi ağır silahlardan istifadə etməsinə mane olacaq. “Hər zaman faydalananı axtarın. Hazırda qazanc Rusiya tərəfindədir, çünki Kaxovkada bəndin partlaması Ukrayna ordusundan hücum hərəkəti gözləyən ruslar üçün çox yaxşı müdafiə mövqeləri yaradır”, – Maciej Matysiak deyib.

“Reuters”ə müsahibəsində analitik bildirib ki, Rusiya qoşunlarının daşqın səbəbindən ciddi təchizat problemi olmayacaq. “Ruslar öz nəzarətlərində olan cənub dəhlizinə – Rusiya ilə Krım arasındakı quru dəhlizinə nəzarət edirlər, orada onlar xeyli ərazini işğal ediblər, həmin bölgədə çoxlu yollar, körpülər var. Ona görə də onlar üçün problem olmamalıdır”, – Maciej Matysiak deyib. “Reuters” yazıb ki, Dnepr çayı üzərindəki bəndin dağıdılması nəticəsində Ukraynanın gözlənilən əks-hücumunun mənzərəsi indi bulanıqdır və müharibə zonasında yaşayan mülki əhalini ekoloji fəlakət riski qarşısında qoyub. Bununla belə, Maciej Matysiak güman edir ki, hücum zamanı Ukrayna qoşunları çayı şimaldan, Dnepr şəhəri yaxınlığından keçərək su basmış ərazilərdən yan keçə biləcəklər. O inanır ki, daşqın Ukrayna xüsusi əməliyyat qüvvələrinin əks-hücumuna heç bir şəkildə mane olmayacaq, çünki “yüngül silahlanmış mobil birləşmələr Dneprdən və ya su basmış ərazilərdən kifayət qədər asanlıqla keçə bilər”. Dnepr üzərindən keçidlər tikmək və Rusiyanın müdafiə xətlərini yarmaq üçün lazım olan ağır texnika və silahlardan istifadəyə gəlincə, ekspertin fikrincə, hava şəraitindən asılı olaraq, torpaq kifayət qədər tez quruya bilər ki, tırtıllı maşınlar onun üzərində təxminən 10 dəqiqə hərəkət etsin. Ukrayna prezidenti Vladimir Zelenski bəndin dağıdılmasının Ukraynanın öz ərazisini azad etmək üçün əməliyyatını davam etdirməsinə təsir etmədiyini və Ukrayna Silahlı Qüvvələrinin hərbi komandanlığının hesabatlarından belə nəticə çıxardığını bildirib.

Bölgədən minlərlə sakin təxliyə edilib

Xerson vilayətinin cənubunda yerləşən, hazırda Rusiya işğalı altında olan Novaya Kaxovka şəhərində minlərlə ev su atında qala bilər. Ukraynanın Baş prokuroru Andrey Kostin bildirib ki, su elektrik stansiyasının bəndinin dağıdılmasından sonra su basmış ərazilərdən 17 mindən çox insan təxliyə edilir. Andrey Kostinin sözlərinə görə, Dnepr çayının Rusiya tərəfindən işğal olunmuş tərəfində daha 25 min insan təxliyə edilməlidir. Bundan əvvəl Xersonun regional qubernatoru bəndin dağılmasından sonra ərazidəki azı səkkiz müxtəlif yaşayış məntəqəsinin su altında qaldığını deyib. Oleksandr Prokudin rəsmilərin daha çox daşqınlara hazırlaşdığını deyib. Prokudin Telegram-da qeyd edib ki, risk altında olan bölgələrdə yaşayan sakinlər avtobuslarla Xersona təxliyə olunur, daha sonra onlar paytaxt Kiyev də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərinə köçürüləcəklər. O əlavə edib ki, təxliyə qatarı günorta Xersondan Mykolayv şəhərinə yola düşəcək. BMT-nin atom energetikasına nəzarət idarəsinin rəhbəri bildirib ki, Zaporojye nüvə stansiyasında soyuducu suyun olmaması onun dizel generatorunun sıradan çıxmasına səbəb ola bilər. Atom stansiyasının ətrafı – dağıdılmış bəndin yaxınlığındakı sahə – Rusiyanın nəzarətində olan Ukrayna ərazisindədir. “Əsas soyutma su sistemlərində uzun müddət soyuducu suyun olmaması yanacağın əriməsinə və qəza dizel generatorlarının sıradan çıxmasına səbəb ola bilər”, – Beynəlxalq Atom Energetikası Agentliyinin rəhbəri Rafael Grossi deyib. Lakin onun sözlərinə görə, “stansiyanın təhlükəsizliyi üçün dərhal risk” yoxdur və ərazidə iri soyuducu hovuz da daxil, bir sıra alternativ su mənbələri var.

Kaxovka bəndi niyə vacibdir?

Kaxovka bəndi çayyuxarı yerləşən yaşayış məntəqələrini su ilə təmin edən böyük su anbarını saxlayır və bu o deməkdir ki, insanların su təchizatına təsir göstərə bilər. Bəndin saxladığı su anbarı həm də Rusiyanın nəzarəti altında olan, çayyuxarı 160 kilometrlik ərazidəki Zaparojye AES-i suyu ilə təmin edir. O, Avropanın ən böyük atom elektrik stansiyasıdır. Kaxovka bəndi sovet vaxtı tikilib və ölkənin şimalından cənubda, dənizə qədər uzanan Dnepr çayı boyunca tikilmiş altı bənddən biridir.

Azər
Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button