Ölkə

Bizim yaşıl enerji ilə bağlı dünyaya nümayiş etdirəcəklərimiz var

Azərbaycan Prezidenti tərəfindən kənd təsərrüfatı, yeni texnologiyalar, işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji layihələrin sərhədlərinin müəyyən edilməsi ilə bağlı yönləndirilən proseslər bu il geniş müzakirə olunmağa böyük zəmin yaradır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

Nazir bildiib ki, Azərbaycan kontekstində bu məsələləri necə həll edəcəyimizlə bağlı çoxlu suallar yaranacaq.

“Bizim dünyaya nümayiş etdirəcəklərimiz var. Azərbaycanda başlanmış bütün bu layihələr, ölkə rəhbərliyinin imzaladığı strateji sənədlər, 2030-cu ilə qədər nəzərdə tutulan və yaxın gələcək üçün dövlət tərəfindən qəbul edilən milli prioritetlərin hamısı bu istiqamətdə hərəkət etməyə imkan yaradır. Bura atmosferə atılan tullantıların, zəhərli maddələrin azaldılması, yaşıl enerji, alternativ enerji daxildir”, – deyə nazir qeyd edib.

Muxtar Babayevin sözlərinə görə bu proses hazırda ölkəmizdə çox aktiv gedir:

“Ümid edirəm ki, biz öhdəliklərimizi yerinə yetirə biləcəyik və bu, çox böyük ciddi iş olacaq. Düşünürəm ki, hamınız imkan daxilində məlumatlandırılacaqsınız və bu prosesdə iştirak edəcəksiniz”.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button