Ölkə

Bakıda hərbçi vəfat etdi – FOTO

Birinci Qarabağ müharibəsi veteranı, Bakı şəhər 67 nömrəli tam orta məktəbin Gənclərin Çağrışaqədərki Hazırlığı üzrə Hərbi Rəhbəri Oktay Əsgər oğlu Əhmədov qəfil dünyasını dəyişib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az publika.az-a istinadən xəbər verir ki, 55 yaşlı müəllim 9 dekabr gecə 23:30 radələrində qəflətən vəfat edib.

Qeyd edək ki, O.Əhmədov 1991-2002-ci illərdə Ordu sıralarında xidmət edib.

O, Xocavənd rayonu Qaradağlı kəndində, Ağdam rayonunda, Daşaltı əməliyyatında Kəlbəcər-Ağdərə, Murovdağ, Fizuli, Gədəbəy rayonlarında gedən döyüşlərdə iştirak edib.

2002-ci ildə tərxis olunub. 2004-cü ildən 67 saylı tam orta məktəbdə Gənclərin Çağrışaqədərki Hazırlığı üzrə Hərbi Rəhbər vəzifəsində işləməyə başlayıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button