Ölkə

Naxçıvanın yolları qışa hazırdır?

Naxçıvan Muxtar Respublikasının avtomobil yollarınının qış mövsümünə hazırlığı başa çatdırılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Talıb Babayev açıqlamasında bildirib ki, aidiyyəti qurumlar ucqar və dağ yaşayış məntəqələrində yağıntılı günlər üçün bütün ehtiyat tədbirlərini görüb. Bununla belə qarlı, buzlu günlərdə yollara səpilməsi üçün qum və duz qarışığından ibarət ehtiyatlar yığılıb.

“Vacib olan yol texnikası təmir olunaraq saz vəziyyətə gətirilib. Artıq ucqar dağ kəndlərinə ağır yol texnikası, buldozerlər yerləşdirilib. Həmin kəndlərdə yanacaq-sürtkü materialı ehtiyatı yaradılıb”, – agentlik əməkdaşı qeyd edib.

T.Babayev vurğulayıb ki, hazırda ehtiyatda 1 000 kubmetr qum və duz qarışığından ibarət ehtiyat var və bunu ilin sonuna qədər 1 500 kubmetrə çatdırmaq nəzərdə tutulub.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Check Also
Close
Back to top button