Ölkə

Rafael Abbasovun xatirəsi anıldı – Fotolar

Xətai Sənət Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində Əməkdar rəssam Rafael Abbasovun anadan olmasının 80 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, tədbirdə Xalq rəssamları Arif Hüseynov, Siruz Mirzəzadə, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev və başqaları çıxış edərək rəssamın yaradıcılıq yolundan söz açıb, xatirələrini bölüşüblər.

Bildirilib ki, Rafael Abbasovun yaradıcılığında portret janrı xüsusi yer tutur. O, Ulu Öndər Heydər Əliyevin də portretlərini böyük sənətkarlıqla yaradıb.

Rəssamın əsərlərində ölkəmizin, xüsusən də Abşeron və Naxçıvanın təbiətinə sevgi duyulur. Onun əl işləri ölkəmizlə yanaşı, Almaniya, ABŞ, Meksika, Kanada, Koreya, Türkiyə, Özbəkistan, Latviya, Belarus və Rusiyada qalereyalarda, şəxsi kolleksiyalarda saxlanılır.

Qeyd edək ki, Rafael Abbas oğlu Abbasov Bakıda anadan olub. 1960-1965-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, 1968-1974-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1979-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, 1967-ci ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısı olub.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button