Ölkə

Azərbaycanda keçiriləcək COP29 konfransında maliyyə aspektləri üzrə konkret tədbirlər gözlənilir

Azərbaycanda keçiriləcək COP29 konfransında maliyyə aspektləri üzrə konkret tədbirlər gözlənilir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Fildişi Sahili nümayəndəsi Konate Dauda jurnalistlərə Dubayda (BƏƏ) keçirilən COP28 konfransının kuluarlarında deyib.

“Azərbaycan COP29 konfransına ev sahibliyi edəcək ki, bu da yaxşı imkandır. Gələn il qərar qəbul etmək üçün Azərbaycana səfər etməyə və bu tədbirdə iştirak etməyə çox şad olarıq. İnanıram ki, Azərbaycanda keçiriləcək COP29 konfransı tədbirlərlə, konkret qərarların qəbulu ilə yadda qalacaq. COP29 konfransında maliyyə aspektləri üzrə qərar qəbul olunacağını gözləyirəm.

Düşünürəm ki, bu COP konfransında inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin öhdəsindən gəlməyə kömək edəcək. Azərbaycanda bu məsələnin həlli üzərində işləyə biləcəyik. Bu, iqlim dəyişikliyinə qarşı dayanıqlılığın təmin edilməsi üzrə tədbirlər üçün çox vacibdir.

COP28 konfransında Zərər və İtki Fondunun yaradılması elan edildi, Azərbaycanda keçiriləcək COP29 konfransında isə inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyələşdirilməsi üzrə konkret tədbirlər gözləyirik”, – o deyib.

Konate Dauda, həmçinin, Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi Uqandaya təhvil vermə mərasimində də ölkəyə səfər edəcəyini bildirib.

Qeyd edək ki, dekabrın 11-də Dubayda keçirilən COP28 konfransı çərçivəsində COP29 konfransının Azərbaycanda keçiriləcəyi barədə qərar rəsmi şəkildə elan olunub. COP29 2024-cü ilin noyabr ayında keçiriləcək.

Şərqi Avropa regional qrupu 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasını (COP29) keçirmək üçün Azərbaycanı seçib.

Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliyini irəli sürmüşdü. Lakin 7 dekabr 2023-cü ildə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında birbaşa danışıqlardan sonra Ermənistan Azərbaycanı dəstəkləyərək öz namizədliyini geri götürüb. Bundan sonra Bolqarıstan da eyni addımı atıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button