Ölkə

Bəzi adamlara cümə günündə seyidlik verilir.?

Seyidlik nəsillə ötürülən bir şərəfdir. Dini anlamda Həzrət Mühəmməd Peyğəmbərin (s) ulu əcdadı Haşimin mslindən olan şəxslərə seyid deyilir. Hazırda seyid ailələrinin çoxunun şəcərəsi məsum imamlar vasitəsilə Peyğəmbərə (s) gedib-çıxır. Ona görə də bir qayda olaraq Həzrət Fatimə (ə) vasitəsilə Peyğəmbərin (s) nəslindən gələnə adamları seyid adlandırırlar. Seyidlik ata xətti ilə ötürülür. Seyid olan kişinin qızı da seyid (seyyidə) sayılır, amma o qızın övladları seyid sayılmır. Xalq içində belə bir fikir var ki, guya seyid qadının övladlarına həftənin cümə günündə seyidlik verilir. Əvvəla, seyidlik hər hansı xüsusi istedad deyil ki, kiməsə verilsin. Seyidlik şərəf olduğu qədər, həm də məsuliyyətdir. İkincisi, əsl seyidlik həftənin müəyyən günlərində verilməz. Şəcərəsi düzgün və bəlli olan adam bütün həyatı boyunca seyiddir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button