Uncategorized
30 il sonra Zəngilanda ilk dəfə “Son zəng” çalınıb
30 ildən sonra Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində məzunlar üçün son zəng çalınıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu il məktəbdən dörd nəfər məzun olub.
Qeyd edək ki, bu gün Azərbaycan məktəblərində “Son zəng” qeyd edilir.
Xatırladaq ki, işğaldan azad olunan Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində 29 ildən sonra ötən ilin sentyabr ayında ilk dəfə dərs başlayıb.
Milli.Az