Uncategorized

AVRO-2024: Yığmamız ilk xalını qazandı – VİDEO

Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az matc.az-a istinadən bildirir ki, F qrupunda yer alan komandamız III tur çərçivəsində Estoniya ilə qarşılaşıb.

İlk iki görüşdə məğlub olan komandalar “Dalğa Arena”da ilk xallarını qazanmaq üçün mübarizə aparıblar. Çexiyalı hakim Andrey Berkanın idarə etdiyi matçın 27-ci dəqiqəsində qonaqlar hesabı açıblar. Rauno Sappinen adını tabloya yazdırıb.
 
Millimiz 62-ci dəqiqədə hesabı bərabərləşdirməyə müvəffəq olub. Fasilədən sonra meydana daxil olan Anton Krivotsyuk başla toru silkələyib – 1:1. Matçda başqa qol olmayınca, komandalar bərabərliklə kifayətlənib. Bununla həm Azərbaycan, həm də Estoniya yığması seçmə mərhələdə ilk xalını qazanıb.

Qeyd edək ki, Azərbaycan yığması qrupdakı ilk iki görüşündə Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə məğlub olub.

AVRO-2024-ün seçmə mərhələsi

F qrupu, III tur
17 iyun

Azərbaycan – Estoniya – 1:1
Qollar: Anton Krivotsyuk,  62 – Rauno Sappinen,27
Bakı, “Dalğa Arena”. Baş hakim: Andrey Berka (Çexiya)

Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov, 6. Höccət Haqverdi, 3. Elvin Cəfərquliyev, 8. Emin Mahmudov (k), 20. Aleksey İsayev, 16. Elvin Camalov, 9. Renat Dadaşov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Yusif İmanov, 2. Amin Seydiyev, 5. Anton Krivotsyuk, 7. Namik Ələskərov, 13. Qismət Alıyev, 14. Rüstəm Əhmədzadə, 17. Toral Bayramov, 18. Çoşqun Diniyev, 19. Filip Ozobiç, 21. Emil Səfərov, 22. Musa Qurbanlı
Baş məşqçi: Canni De Byazi

Estoniya: 12. Karl Yakob Heyn, 2. Myarten Kuusk, 3. Marko Lukka, 4. Mattias Kyayt, 6. Rasmus Peetson, 8. Henri Anier, 14. Konstantin Vassilyev (k), 15. Rauno Sappinen, 17. Martin Miller, 18. Karol Mets, 19. Vlasi Sinyavski
Ehtiyat oyunçular: 1. Matvey İqonen, 22. Karl Andre Vallner, 5. Rokko Robert Şeyn, 7. Georgi Tunyov, 9. Erik Sorqa, 10. Martin Vetkal, 11. Henrik Oyamaa, 13. Mixael Lilander, 16. Sten Reinkort, 20. Markus Poom, 21. Nikita Baranov, 23. Tayo Teniste
Baş məşqçi: Tomas Heberli

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button