Uncategorized

Dənizdə istirahət pulsuzdur… – Bəs dənizkənarı obyektlərdə? – VİDEO

Xəbər verdiyimiz kimi, artiq dəniz mövsümü iyunun 15-dən açıq elan olunub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

İnsanlar istirahət məqsədi ilə dənizkənarı obyektlərə gəliblər. Bura Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən çimərliklərdən biridir.

Dənizkənarı obyektin adminstratoru İbrahim Novruzov bildirdi ki, giriş tam pulsuzdur. Yəni dənizə gəlib çimmək istəyənlər obyekt ərazisindən tam pulsuz şəkildə keçid edə bilərlər. O ki, qaldı buradakı vasitələrədən istifadəyə, bunun üçün müəyyən qədər ödənişlər etməlidirlər

Yeməklərin qiymətlərinə gəldikdə isə, bildirildi ki, xüsusilə qarpız və yemişin obyekt ərazisinə gətirilməsinə icazə verilmir. 

“Məqsəd zəhərlənmələrin qarşısını almaqdır. Qonaqlar digər yeməkləri sifariş edə bilər.”

Təhlükəsizlik məsələsinə gəldikdə isə bildirildi ki, içkililər dənizə buraxılmır.

Əlavə olaraq həm onyektin,həm də Fövqəladə Hallar Nazirliyinin mühafizəçiləri daim əraziyə nəzarət edirlər.

Milli.Az Xəzər TV-yə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button