Uncategorized

Türkiyənin mövqeyi hər zaman olduğu kimi prinsipial və qətiyyətlidir – Hakan Fidan

Türkiyənin mövqeyi hər zaman olduğu kimi prinsipial və qətiyyətlidir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər naziri Hakan Fidan “Ukraynanın Bərpası Konfransı”-da çıxışı zamanı deyib.

“Türkiyə Ukraynanın, o cümlədən tatar türklərinin qədim vətəni Krımın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü təmin etməkdə qərarlıdır”, – deyə Hakan Fidan bildirib.

O qeyd edib ki, Ukranyadakı müharibə çərçivəsində Türkiyə taxıl sazişi, hərbi əsirlərin mübadiləsi kimi sahələrdə öz dəstəyini göstərib.

“Müharibə başlayandan bəri türk podratçıları Ukraynada 3,2 milyard dollarlıq 50 layihədə iştirak edib” – deyə Fidan bildirib.

Məlumat üçün qeyd edək ki, beynəlxalq maliyyə institutlarının, iş dünyası nümayəndələrinin və qeyri-hökumət təşkilatlarının da daxil olduğu iki günlük konfransda Ukraynada özəl maliyyəni səfərbər etmək üçün investisiya imkanları və risklərin azaldılması mexanizmləri, eləcə də ölkənin insan kapitalının yaxşılaşdırılmasına investisiyalar müzakirə olunacaq.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button