Ölkə

18 kiloqramdan artıq qızıl-zinət əşyalarının qanunsuz yolla keçirilməsinin qarşısı alındı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda qızıl-zinət əşyalarının gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısı alınıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Milli.Az-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşları (bir ailənin üç üzvü) “yaşıl kanal” vasitəsilə hava limanını tərk edərkən əl yüklərinə baxış keçirilməsi üçün inzibati binaya dəvət olunublar. Gömrük baxışı zamanı, ailə başçısına məxsus iki ədəd çemodan və bir ədəd bel çantasından gömrük orqanlarına bəyan edilməyən, xalis çəkisi 18 kiloqram 97 qram olan qızıl-zinət əşyaları aşkar edilib.

İlkin araşdırma zamanı məlum olub ki, maddi təminat qarşılığında bir ailəni külli miqdarda qızıl-zinət əşyalarını ölkəmizin gömrük sərhədindən qanunsuz keçirməyə sövq ediblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button