Niyam 530 minə görə məhkəməlik oldu
“Qardaşıma söz vermişəm, efirdə əsəbiləşməyəcəyəm. Amma məni məcbur edirsiniz adınızı çəkim. Saxtakarlıq edilib. Yalandan boynuma qoyurlar ki, 530 min borcum var”.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Niyam Salami “Xəbər-ətər” verilişində deyib. Sənətçi ona dələduzluq edərək 530 min borcu olduğunu iddia edən şəxsləri məhkəməyə verib:
“Restoranla müqavilə bağladım ki, bu şərtlərlə çalışacağam. Mənə ağ kağıza qol çəkdiriblər. Elə bilirsən kəndə böyümüşəm, bilmirəm nədir? Gedib qolumun üstündə yalançı mətn yaz. Yazıb ki, “Mən Niyam Salami bu adamdan 530 min borc almışam. 50, 80 min… Soyadını demirəm. Rayon adamları birinci ağsaqqalla iş görürlər. Deyirlər, polisə çatdırmayaq, belə danışaq. Dayın ağsaqqaldırsa, dayı rolu oynasın. Dayı ilə birləş saxta sənədi götür, vəkil tap ona pul təklif et. Vəkil pulla saxtakarlıq edib. Sakit qalıram, mütəvazi oluram. Şişirtmirəm, dövlət orqanlarına şikayət etməmişəm ki, balaların var. Bu işin sonu pisdir”.
Niyam əlavə edib qarşı tərəflə aralarında məhkəmə işi gedir və qalib gəlib. O, əlavə edib ki, hazırda iş Ali Məhkəməyə göndərilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun