Ölkə

100 minə yaxın sakinə xoş xəbər

İlk dəfə sürətli sərnişin qatarlarına Ucar və Ləki stansiyalarında dayanacaq verilir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sənubər Nəzərova deyib.

Onun sözlərinə görə, ötən ilin sonunda Azərbaycana çatdırılmış 4 “FLİRT” qatarı artıq tam istismara hazırdır: “Bu gün Ucar və Ləki stansiyası istiqamətində rəmzi səfər təşkil edilir”.

“İstər Ucar, istərsə də Ağdaş rayonları ətrafında 100 minə yaxın sakinə sürətli sərnişin qatarlarından istifadə etmək əlçatan olacaq”, – o vurğulayıb.

O, qatar müasir olmasına da diqqət çəkib: “Qatarda bar vaqon var, o cümlədən fiziki məhdudiyyətli insanlar üçün xüsusi oturacaqlar var. Burda velosipedlərin saxlanması üçün yer təşkil edilib. Qatarın innovativ təhlükəsizlik sistemi var, bu da sərnişinlər rahat və təhlükəsiz çatmasına imkan verir”.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button