Ölkə

Azyaşlı qız qonaq getdiyi evin eyvanından yıxılaraq ölübmüş

Xəbər verdiyimiz kimi, Bakıda doqquz yaşlı qız evin eyvanından yıxılaraq ölüb. Bədbəxt hadisə ilə bağlı yeni detallar məlum olub. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, Xəzər Televiziyasının əldə etdiyi məlumata görə, autizm xəstəliyindən əziyyət çəkən azyaşlı qız ailəsi ilə birgə qohumlarıgilə qonaq gediblər.

Elə hadisənin də bu mənzilin eyvanında axşam saatlarında baş verdiyi deyilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, Təcili və Təxirəsalınmaz Tibbi Mərkəzinə dünən saat 18:08-də Binəqədi rayonu, Cəfər Xəndan küçəsində doqquzuncu mərtəbədən yıxılma səbəbilə çağırış daxil olub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. Nəticədə şəxsin həkiməqədər ölümü qeydə alınıb.

Daha ətraflı videomaterialda:

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button