Ölkə

Şəhid atası Həcc ziyarətinə göndərildi

Səudiyyə Ərəbistanının Məkkə şəhərində müqəddəs Həcc ziyarəti mövsümü başlayıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə azərbaycanlı zəvvarların Həcc Ziyarətində iştirakı təmin edilib.

Zəvvarlar arasında Qafqaz Müsəlmanları İdarəsinin vəsaiti hesabına Həcc ziyarətinə göndərilən şəhid və qazi ailələrinin üzvləri də var. 

Xankəndinin azad edilməsi uğrunda aparılmış antiterror əməliyyatında iştirak edərək şəhid olmuş əsgər Hüseyn Nəsibovun atası Əfqan Nəsibov builki zəvvarlar arasındadır. 19 yaşlı əsgər Hüseyn Nəsibov Goranboy rayonunun Qızılhacılı kəndindəndir. 19.09.2023-cü il tarixində antiterror əməliyyatlarında şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” medalı, 3-cü dərəcəli “Vətənə xidmət” ordeni ilə təltif edilib. 

Şəhidimizin atası Əfqan Nəsibov deyir ki, digər şəhid ailələrinin üzvləri kimi, onun da ödənişsiz əsaslarla Həcc ziyarətinə getməsi təmin edilib. 

Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarətinə görə 1500 nəfərlik kvota verilib. 

Həcc Ziyarəti Uca Allahın müsəlmanlara buyurduğu hökmlərindən və İslam dininin təməl şərtlərindən biridir.

Mərhəmətli və Rəhimli Rəbbimiz bütün müsəlman ümmətinin Həcc ziyarətini qəbul etsin!

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button