Ölkə

Lənkəranda rabitəçi faciəvi şəkildə öldü – YENİLƏNİB

19:12

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Lənkəranda rabitəçinin ölümü ilə bağlı bəzi detallar məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, yaxınları bildirib ki, əlini qaldırıb xəttə dəyməsi ilə, cərəyanın onu vurması bir olub. Bu zaman Cəmil Həsənov xəndəkdəki suyun içinə düşüb. O, evin tək oğlu imiş.

Daha ətraflı süjetdə:

——–

13:29

Lənkəran rayonunda rabitəçini elektrik cərəyanı vuraraq öldürüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Gərmətük qəsəbəsində baş verib.

Belə ki, “Aztelekom”un əməkdaşı, rayonun Mamusta kənd sakini, 1992-ci il təvəllüdlü Cəmil Zöhrab oğlu Həsənov internet xətti çəkərkən ehtiyatsızlıq edib və yüksək gərginlikli elektrik xətlərinə toxunub.

Nəticədə yüksək gərginlikli elektrik cərəyanı onu vurub.

C.Həsənov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button