Ölkə

“Qafqaz Qartalı – 2024” təlimi başa çatdı

“Qafqaz Qartalı – 2024” beynəlxalq təliminin bağlanışına həsr olunmuş təntənəli mərasim keçirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bağlanış mərasimində əvvəlcə ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən azad olunması uğrunda gedən döyüşlərdə canlarını fəda edən şəhidlərimizin ruhu ehtiramla yad edilib. Daha sonra hərbi orkestrin ifasında Azərbaycan, Türkiyə və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edənlər keçirilən təlimlərin üç ölkənin iştirakçı hərbi qulluqçuları arasında təcrübə mübadiləsinin aparılmasına, döyüş hazırlığının yüksəldilməsinə töhfə verdiyini bildirib. Qeyd olunub ki, təlim müddətində xüsusi təyinatlılar qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməyi bacarıb, təlim dostluq, yoldaşlıq və qardaşlıq şəraitində keçirilib.

Çıxışlar bitdikdən sonra təlim zamanı fərqlənmiş hərbi qulluqçulara xatirə hədiyyələri təqdim olunub.

Mərasimin rəsmi hissəsi başa çatdıqdan sonra, təntənəli konsert proqramı təqdim edilib.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin çıxışları böyük maraq və alqışlarla qarşılanıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button