Ölkə

Qarabağ universiteti tələbələrini qarşılamağa hazırdır?

Xəbər verdiyimiz kimi, Xankəndidə yerləşən Qarabağ Universiteti tələbələrini qarşılamağa hazırlaşır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bununla bağlı Xəzər Televiziyası süjet hazırlayıb.

Məlum olub ki, artıq universitetin yataqxanasında son tamamlanma işləri aparılır.

Universitetin dekanı Elmar Mustafayev bildirib ki, yataqxanaya sentyabr ayında mindən çox tələbə yerləşdiriləcək. Qarabağ Universitetində daimi əsaslarla işləyən müəllimlər, o cümlədən digər əməkdaşlar da tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzil tipli yataqxanalarla təmin olunacaqlar.

Qeyd edək ki, Qarabağ Universitetində 6 fakültə, 25 ixtisas üzrə tədris aparılacaq. İlkin mərhələdə 1500 tələbənin qəbulu nəzərdə tutulur.

Daha ətraflı videomaterialda:

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button