Ölkə

Nazir müavininin həbsdən çıxan bacısı oğluna yüksək vəzifə verildi

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikasına yeni direktor təyin olunub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə İmran Ağayev təyinat alıb.

O, bundan əvvəl klinikada baş həkim vəzifəsində çalışıb.

Yeni rəhbəri kollektivə ATU-nun rektoru, professor Gəray Gəraybəyli təqdim edib.

Qeyd edək ki, İ.Ağayev fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadənin bacısı oğludur. O, daha əvvəllər Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi vəzifəsində çalışıb. O, 2021-ci ildə rüşvət almaqda ittiham olunaraq həbs edilib və 2023-cü ildə azadlığa buraxılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button