Ölkə

Anası tərəfindən qeyri-etik görüntüsü yayılan uşaqla bağlı qərar verildi

17:42

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Sosial şəbəkələrdə öz qızının qeyri-əxlaqi görüntülərini paylaşan ana məsuliyyətə cəlb olunub, övladı ondan alınıb.

Milli.Az xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Dövlət Komitəsi həmçinin sosial şəbəkələrdə ananın azyaşlı qızının qeyri-əxlaqi hərəkətlərini əks etdirən görüntülərini yaymasından dərhal sonra faktın araşdırılması ilə bağlı aidiyyəti qurumlara müraciət edib.

Azyaşlı və valideyni ərazi üzrə polis bölməsinə dəvət edilib, sonra uşaq anadan alınaraq Sosial Xidmətlər Agentliyinin sığınacağına yerləşdirilib. Ana ilə bağlı araşdırma davam edir.

———

15:48

Sosial şəbəkələrdə qadının azyaşlı ilə qeyri-əxlaqi hərəkətlərini əks etdirən görüntülər araşdırılıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qadının şəxsiyyəti polis əməkdaşları tərəfindən müəyyən olunub və o, saxlanılıb. Görüntülərdə əks olunan qadının 56, azyaşlının isə 8 yaşı var. Məlum olub ki, azyaşlı qadının övladıdır. 

Qadın məsuliyyətə cəlb edilib, araşdırmalar davam etdirilir. 

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, sözügedən video evin hamam otağında lentə alınıb. Görüntülərdə paltarsız şəkildə kameranın qarşısında oynadılan azyaşlı qızın arxasında anasını da görmək mümkündür. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button