Ölkə

Ermənistan konstitusiyası təhlükəsizliyə təhdidlər yaradır

Bu gün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına mane olan ən başlıca amillərdən biri Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını təsbit edən müəyyən müddəaların mövcud olmasıdır. Azərbaycan dəfələrlə bəyan edib ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilməli və ərazi iddiaları ilə bağlı müddəalar aradan qaldırılmalıdır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə açıq şəkildə Azərbaycanın şərtini bir daha bəyan etdi. Dövlət başçısı bildirdi ki, “Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda, Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil”.

Milli.Az bildirir ki, məsələ ilə bağlı Trend-ə videomüsahibə verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu gün biz sülh müqaviləsi imzalamaq istəyiriksə, Ermənistan öz konstitusiyasında düzəliş etməlidir.

“Biz sülh müqaviləsi imzalasaq da, Ermənistanın konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiası var. Yəni burada açıq aydın təhlükəsizliyə təhdid var”, – deyə deputat bildirib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button