Ölkə
Nazir Abel Məhərrəmovun qardaşını işdən çıxardı
Ədliyyə Nazirliyində kadr dəyişiklikliyi olub.
Milli.Az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.
Əmrə əsasən, nazirliyin İnsan resursları Baş İdarəsinin rəisi Rauf Məhərrəmov tutduğu vəzifədən azad olunub, yerinə Ələkbər Nəbiyev təyin olunub.
Qeyd edək ki, Rauf Məhərrəmov BDU-nun sabiq rektoru Abel Məhərrəmovun qardaşıdır.
Xatırladaq ki, bundan öncə Ədliyyə Nazirliyinin İnsan resursları Baş İdarəsinin səlahiyyəti azaldılmışdı.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun