Uncategorized

Rusiya sülhməramlıları və Qırmızı Xaç Azərbaycana TƏXRİBAT hazırlayır?… – VİDEO

Əgər siz Xankəndinə humanitar yüklər çatdırmaq istəyirsinizsə biz onların Azərbaycan ərazisindən keçirilməsinə hazırıq, lakin bu, “Laçın” sərhəd-buraxılış məntəqəsi vasitəsilə mümkün deyil”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bunu Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingenti və Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə müraciətdə qeyd edib.

Politoloq Tural İsmayılov qeyd edib ki, son aylar, xüsusilə də Laçın sərhəd keçid məntəqəsinin quraşdırılmasından sonra qanunsuz erməni silahlılarının təxribatları daha da intensivləşib. Azərbaycan tərəfinin təxribata qətiyyətli cavabı gecikmir. Buna misal olaraq Fərrux, Sarıbaba və digər əməliyyatları göstərmək olar.

Mənz buna görə də rəsmi Bakı öz qanuni ərazilərində təminat yollarının və Xankəndiyə daşınanan humanitar yüklərin Azərbaycan ərazisindən keçməsi ilə bağlı haqlı tələb irəli sürür:

Politoloq qeyd edib ki, həm Qırmızı Xaç Komitəsi, həm də bir çox beynəlxalq təşkilatların imzaladığı konvensiyalar var. Eyni zamanda BMT-nin  uyğun strukturlarının formalaşdırdığı təkliflər mövcuddur.

Onun sözlərinə görə, bu konteksdən kənarda yükdaşimalara cəhd göstərmək Azərbaycan ərazilərində növbəti dəfə sobotaj etməyə bərabərdir. İstər Qırmizi Xaç Komitəsi, istərsə də başqa  təşkilatlar üzərlərinə düşəni etməyə borcludurlar. Lakin Qırmızı Xaç Komitəsinin Qarabağda fəaliyyət göstərən nümayəndələri bu təşkilatın İrəvan deyil, Bakı ofisinə tabe olmalıdır.

Tural İsmayılov qeyd edib ki, bu gün Azərbaycan Ağdamdan Xankəndiyə keçən yol üzərindən Xankəndi ermənilərinə istənilən humanitar yükün və yardımın çatdırılmağına şərait yaradır.

Azərbaycan tərəfi cavab olaraq bildirib ki, maddi-texniki təminat yalnız Dağıstandan Bərdəyə, oradan Ağdama, oradan isə Xankəndiyə dəmir yolu vasitəsilə mümkündür. Yəni əgər Rusiya tərəfi Azərbaycanda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentini təchiz etmək istəyirsə, bunu Ermənistandan deyil, yalnız Azərbaycan ərazisindən keçməklə etməlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik. 

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button