Ölkə
Bal ayı əvəzinə Tanzaniyaya getdi
Bir həftə əvvəl evlənən Gamze Özçelik və Reşad Strik cütlüyü bal ayı əvəzinə Tanzaniyaya gedib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ehtiyacı olanlara yardım aparan Özçelik və Strik Qurban bayramını bölgədə keçirəcək.
“Arka Sokaklar” serialındakı rolu ilə geniş pərəstişkar kütləsinə çatdıqdan sonra aktyorluğu tərk edən Gamze Özçelik qurduğu dərnəklə ehtiyacı olanlara yardım etməyə davam edir. Keçən həftə sonu avstraliyalı aktyor Reşad Striklə ailə quran Özçelik bal ayına getmək əvəzinə Tanzaniyaya yardım gətirməyi seçib.
Özçelik həmin anları instaqram hesabında paylaşaraq həyat yoldaşına ürək emojisi qoyub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun