Uncategorized

QİSAS 3 əməliyyatının başlaması AN MƏSƏLƏSİDİR… – VİDEO

Ermənistan tərəfinin Qarabağda hərbçilərinin olmaması ilə bağlı səsləndirdiyi fikirlər reallığı əks etdirmir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, “Qisas-2” əməliyyatı zamanı Qarabağda məhv edilən qanunsuz birləşmələrin 5 üzvündən 2-sinin ermənistan vətəndaşı olması bunu bir daha təsdiq edir.

Hər zaman humanizm prinsiplərini əsas tutan Azərbaycan həmin şəxslərin meyitini geri qaytaracaq. Bu istiqamətində sülhməramlılarla danışıqlar davam etdirilir.

Məhv edilən şəxslər arasında ermənistan silahlı qüvvələrinə aid 2 hərbçinin olması Qarabağda bu ölkəyə məxsus ordunun olduğunu istisina etmir.

Siyasi şərhçi Elçin Mirzəbəyli deyir ki, son hadisələr sülh danışıqlarında özünü məsum göstərməyə çalışan ermənistanın nə qədər ikiüzlü siyasət apardığını növbəti dəfə göstərdi. Ermənistan tərəfindən törədilən təxribatlar 3 tərəfli bəyanatın kobud şəkildə pozulması ilə yanaşı sülhmərmalıların öz öhdəliklərinə laqeyd yanaşmasının sübutudur.

Elçin Mirzəbəyli bildirib ki, Qarabağdakı qanunsuz silahlı birləşmələr özünü ermənistan tərəfindən ayrılan vəsait hesabına saxlayır. Azərbaycan öz ərazilərində işğalçı statusu daşıyan qüvvələrin qalmasını qəbul etməyəcək. Əgər yeni təxribatlar baş verərsə, daha sərt addımlar atılacaq.

Ekspertin sözlərinə görə, proseslər “Qisas 3” əməliyyatını yaxınlaşdırır.

Ekspert əlavə etdi ki, Böyük Qayıdış proqramını həyata keçirən Azərbaycan bundan sonra xəbərdarlıqla kifayətlənməyəcək, öz vətəndaşlarının təhlükəsizliyini ən yüksək səviyyədə qoruyacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button