Ölkə

Daha bir “Prius” qəzası – 27 yaşlı gənc öldü

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun Binəqədi rayonundan keçən hissəsində qeydə alınıb.

İdarəetməni itirən “Toyota Prius” markalı minik avtomobili beton arakəsməyə çırpılıb. Nəticədə avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Sürücü və 4 sərnişini müxtəlif dərəcəli xəsarətlərlə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Xəsarət alan sərnişinlərdən 1997-ci il təvəllüdlü İlqar Murad oğlu Quliyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qəzada vəfat edən 27 yaşlı İlqarın fotosunu təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button