“Nə olub, nəyin davasıdır?” – VİDEO
“Nə olub? Nəyin davasıdır? Nəyin savaşıdır? Niyə yaxşı, keyfiyyətli kliplərə ağız büzürük?”
Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Damla (Mənsumə Məmmədova – red.) sosial şəbəkə hesabındakı paylaşımında deyib.
İfaçı onun yeni klipini tənqid edən izləyicilərə, sənət yoldaşlarına səslənib:
“Sıradan, bəsit mahnılara “bayağı” deyirsiniz. Siz, ümumiyyətlə nə istəyirsiniz? Bilirəm, suyun üzərində ayaqla belə gəzsəm orada da ironiya, söz-söhbət olacaq. Çünki mövzu mənəm. Mən olanda danışmağı sevirsiniz. Düşünürəm ki, görülən əməyi, zəhməti qiymətləndirmək lazımdır. Əgər qiymətləndirə bilmirsinizsə, heç olmasa səssiz qalın!”
Xatırladaq ki, Damla bir neçə gün öncə “Əl çək” adlı ifasını təqdim edib. O, ifasına ekran həyatı da verib. Diqqətçəkən məqamlardan biri isə Damlanın klipi yayımlamazdan öncə “Instagram” hesabını sıfırlaması olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun