Ölkə

ANS-də “yarpaq tökümü” – Heç biri 50 yaşa çatmadı…

Xəbər veridiyimiz kimi, “Baku TV”nin redaktoru, ANS-in keçmiş əməkdaşı Sərxan Kamallı ötən gecə dünyasını dəyişib. Mərhumun beyindaxili qansızma nəticəsində vəfat etdiyi bildirilir. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, Sərxan Kamallının qəfil ölümü diqqəti onun əvvəlki iş yerinə – Azərbaycanın ilk müstəqil televiziyası olan ANS-ə yönəldib. 

Qeyd edək ki, bununla ötən bir il ərzində dünyasınıl dəyişmiş ANS-çilərin sayı 3-ə çatdı. SEO Nədir

Xatırladaq ki, son bir ildə ANS-də “yarpaq tökümü” tanınmış televiziya aparıcısı Natavan Babayeva ilə başlayıb. Ulduzu ANS-də parlayan Natavan Babayeva, ötən il iyulunda, 46 yaşında dünyasını dəyişib. Onun sonuncu iş yeri Azərbaycan Dövlət Televiziyası olub.

Ötən bir ildə dünyasını dəyişən keçmiş ANS-çilərin arasında mərhum millət vəkili Qənirə Paşayeva da var. O, 28 sentyabr 2023-cü ildə, 48 yaşında, Bakı şəhərində vəfat edib. Qənirə Paşayeva 1998-2005-ci illərdə ANS-də müxbir, redaktor, aparıcı redaktor, baş redaktorun müavini vəzifələrində çalışıb. 

Sərxan Kamallı Azərbaycan jurnalistikasının son bir ildə itirdiyi üçüncü ANS-çidir. Onun jurnalist kimi püxtələşdiyi dövr, ANS-in populyar olduğu illərə təsadüf edir. 

Mərhumun sonuncu iş yeri, “Baku TV” olub.

Qeyd edək ki, hər üç jurnalist 50 yaşını tamamlamadan həyatla vidalaşıb. 

Allah rəhmət eləsin!

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button