“Elə şeylər var ki, ərimin xoşuna gəlmirsə…”
“Onun həyatında olan insan sənətçidir. Biz çox şeylərimizi məsləhətlə edirik”.
Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu “Maqazin plus” verilişinə müsahibəsində deyib.
İfaçı yoldaşının ona qoyduğu qadağalardan da söz salıb:
“Həyat yoldaşım fikirlərimə hörmətlə yanaşır. Geyimlərimə qarışır, amma fikirlərimə də hörmət edir. Geyim sənətçi üçün, əsasən də xanım sənətçi üçün çox önəmlidir. Mən o qədər də açıq-saçıq geyimlərə üstünlük vermirəm. Elə geyimlər üçün ürəyim getmir. Mənə yaraşan geyimlər geyinərəm”.
“Elə şeylər var ki, xoşuna gəlmirsə, bildirir. Danışıb, anlaşırıq. Bəzi zamanlarda xırda şeylərə göz yummaq lazımdır”, – deyə ifaçı əlavə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun