Ölkə

Oğurladığı şokoladları qatıqla dəyişdi, həbs olundu

Bakıda məşhur marketdən şokolad oğurlayan şəxsə hökm oxunub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, oğurluq 1980-ci ildə Bakı şəhərində anadan olmuş Cəsarət Zamanov (şərti) tərəfindən törədilib.

Belə ki, Cəsarət Xətai rayonu, Gəncə prospekti 41/72 ünvanda yerləşən marketlərin birindən iki müxtəlif şokolad götürüb. Həmin şokoladları imkanı olmadığı üçün bazarda tanımadığı şəxsə verib, əvəzində isə süd və qatıq alıb. O, məhkəmədə əməlindən peşman olduğunu bildirib.

Məhkəmənin hökmü ilə C.Zamanov İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib və 20 gün həbs edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button