Ölkə

Mübariz İbrahimovun şəhid olmasından 14 il ötür

İyunun 18-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Müdafiə Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, mərasimdə hərbi qulluqçular igidimizin məzarını ziyarət edib, üzərinə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Anma mərasimində çıxış edənlər Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edib, M.İbrahimovun göstərdiyi şücaət və igidlik nümunələrindən danışıblar. Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atan qəhrəmanımızın vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, M.İbrahimovun göstərdiyi rəşadət Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. M.İbrahimov ölümündən sonra dövlətimizin başçısının müvafiq Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button