Ölkə

Gəncə Dövlət Filarmoniyasinda plenumun ikinci günü uğurla başa çatıb

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyinə həsr olunmuş səyyar plenum davam edir. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Plenumun ikinci günü Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət Kamera musiqisi konserti baş tutub. 

Qara Qarayevin “Prelüdlər”, “Mən sizi sevirdim”, “Gürcüstan təpələrində” romansları, Niyazinin  “Rast” simfonik muğamından fraqmentlər, Firəngiz Əlizadənin “İmpuls”- violin və piano üçün pyes,  Oqtay Zülfüqarovun “Skertso”, Lalə Cəfərovanın romansları, Ayaz Qəmbərlinin “Hüzn” pyesi səsləndirilib. Konsert proqramında Əməkdar artist Fəridə Məmmədova, Əməkdar müəllim,  sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Cəfərova, Beynəlxalq müsabiqələr laureatları Zakir Əsədov, Zərrin Əliyeva (violin), Elçin Məmmədov (piano), Orxan Hüseynov (violonçel) iştirak ediblər.

Sonda görkəmli bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baletindən rəqs səsləndirilib.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button