Ölkə
Qaradağda qəza: xəsarət alan var
Bakının Qaradağ rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az report.az-a istinadən xəbər verir ki, Lökbatan qəsəbəsində avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Quliyeva Yeganə Musabala qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüklərinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun