COP29 bütün dünya üçün bir uğurdur
COP29-un uğuru bütün dünya üçün bir uğurdur. Xüsusən də yaşadığımız iqlim fəlakətinin qurbanları haqqında düşünəndə bu özünü göstərir. Çünki iqlim böhranının qurbanları hər dəqiqə artır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün BMT Baş Assambleyasının 73-cü prezidenti Maria Fernanda Espinosa “COP29-a aparan yol – Dayanıqlı və Davamlı Gələcək” adlı 29-cu Ali Səviyyəli Toplantıda çıxışı zamanı deyib.
O qeyd edib ki, biz səylərimizi, intellektimizi ən böyük ambisiya və ortaq məsuliyyətlə bir araya gətirməyi borcluyuq.
“Düşünürəm ki, biz hamımız COP-un uğurunda şərikik. Biz öyrənmək, dinləmək, iqlim dəyişikliyi ilə bağlı intellektual müzakirələri gücləndirmək üçün buradayıq. Həm də biz COP 29 uğurunun bir hissəsi olmaq istəyirik.
COP29-un uğuru təkcə Azərbaycanın uğuru olmayacaq, əvvəldə qeyd etdiyim kimi, o, təkcə tərəflərin konfransına deyil, həm də çoxtərəfli sistemə inam, legitimlik yaradacaq”,- deyə o bildirib.
Qeyd edək ki, bu Yüksək Səviyyəli Görüşün əsas məqsədi Bakıda COP29-un uğurunu təmin etmək üçün bütün aidiyyəti tərəflərin birgə fəaliyyətini təmin etməkdir.
Bakıda keçiriləcək COP29-a hazırlıq onun iqlim fəaliyyətində mövcud qlobal çağırışlara və imkanlara cavab verməsini təmin etmək üçün çoxşaxəli yanaşmanı əhatə edir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun