“Qisas-3” gözləntisi: ermənilər müharibəni iplə çəkir
Müharibədə məğlub olan, darmadağın edilmiş ordusunun qalıqlarını yenidən Silahlı Qüvvələrə çevirməyə çalışaraq sürətlə silahlanan, 30 il işğalda saxladığı Azərbaycan ərazilərini yenidən ələ keçirəcəyini bəyan edən Ermənistanın hakimiyyət strukturları ilə siyasi təşkilatlarının, siyasətçilərinin əksəriyyətinin və vətəndaşlarının bir qisminin çağırışları aşkar sərsəmlik təsiri bağışlayır.
Ermənistan sanki yeni, bu dəfə həddən ziyadə ağır zərbələr alacağı müharibə arzusundadır.
Ermənilərin belə davranışı ilk baxışdan paradoksal psixika, koqnitiv dissonans təsiri bağışlayır.
Erməni neorevanşizmi ilə hakimiyyət dairələrinin, erməni diasporunun və erməni qriqorian kilsəsinin indi də fəal təbliğ etdikləri ifrat millətçi, hətta mağara irqçiliyi çox qəribə təsir bağışlayır.
İlk baxışdan gerçəkdən də, irreal mənzərədir.
44 günlük İkinci Qarabağ Müharibəsində məğlub olaraq kapitulyasiyaya uğradığını etiraf edən, 30 il işğalda saxladığını ərazilərdən qovulan və tərk etmək məcburiyyətində qalan, iqtisadiyyatı rəsmi statistikaya rəğmən çox ağır böhrandan çıxa bilməyən, həndəsi silsilə ilə artan işsizliyə çarə tapa bilməyən, ölkədən qaçaraq mühacirət edənlərlə bağlı problemin milli fəlakət səviyyəsinə yüksəlməsinə mane ola bilməyən, ordusunun qalıqları acınacaqlı təsir bağışlayan Ermənistanda yeni müharibə tələbləri və çağırışları səngimək bilmir.
“Qarabağı itirsələr də, Qarabağa olan haqqımızı itirmədik” kimi şüarı milli idefiks səviyyəsinə yüksəldən ermənilərin məqsədləri mücərrəd, istəkləri naməlum, hədəfləri sərsəmlikdiir.
Ermənistanın hakimiyyət dairələri son aylarda Gorus-Laçın yolunun açılmasını, şərti dövlət sərhədində, Həkəri çayı üzərindəki körpünün yaxınlığındakı sərhəd nəzarət-buraxılış məntəqəsinin ləğvini tələb edirlər. Rəsmi İrəvanın ritorikasına görə, sən demə, qarabağlı ermənilər tam blokadadır və bu səbəbdən aclıq, səfalət, ümidsizlik, təlaş içindədirlər.
Ermənistanın baş naziri Nikol Paşinyanın komandasının funksionerlərlə yanaşı, müxtəlif ölkələrdəki erməni diaspor təşkilatlarının rəhbərləri, çeşidli beynəlxalq təşkilatlar və xüsusilə də erməniələrə dəstək verən siyasətçilərlə dövlət xadimləri Laçın yolunun dərhal, qeyd-şərtsiz açılmasını tələb edirlər.
Tələblərə son vaxtlar Fransa ilə yanaşı, Rusiya Federasiyası da qoşulub.
Onlar Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi ərazilərdə yaşayan qarabağlı ermənilərlə Ermənistan arasında heç bir baxış, yoxlama və təftiş olmadan get-gəli, insanların “maneəsiz” hərəkətini, yüklərin “sərbəst daşınması”nə tələb edirlər.
Bundan başqa, RF, Fransa və ermənilər 44 günlük İkinci Qarabağ Müharibəsindən sonrakı dövrdə Azərbaycanı tərk edərək Ermənistana yollanmış qarabağlı ermənilərin Xocavənd, Şuşa, Hadrut və s. yaşayış məntəqələrinə qayıdışının təminatını istəyirlər.
Azərbaycan 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əməl etməməklə bağlı fasiləsiz suçlanır.
Eyni zamanda, ermənilər böyük həvəslə bir narrativi vurğulayırlar: “Azərbaycan müharibədə qalib gəlibsə, niyə azərbaycanlılar Xankəndinə, Ağdərəyə, Xocalıya, Əsgərana gedə bilmirlər?”
Paradoksal olsa da, Ermənistanın və dünya erməniliyinin bu marazmatik iddiasını sosial şəbəkələrdə bəzi azərbaycanlılar da təkrarlayır, az qala qələbəmizi “yarımçıq qələbə” adlandırırlar.
Bəs vəziyyət necədir və proseslərin indiki gedişatı nə ilə nəticələnəcək?
Ermənistanla RSK-nın nəzarətindəki arealları, daha doğrusu, Xankəndini birləşdirən yolun açılması İrəvandan asılıdır. Sərhədçilərimizin atəşə tutulması ilə bağlı insidentin məhz Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin hərbçiləri tərəfindən törədildiyini, olaya görə İrəvanın birbaşa məsuliyyət daşıdığını ermənilər etiraf edərək günahkarları cəzalandırmayınca Azərbaycan yolu açmayacaq.
Laçın yolu ilə bağlı üçtərəfli bəyanatda bənd var və orada yazılıb ki, yolda hərəkətin təhlükəsizliyini rusiyalı sülhməramlılar təmin etməlidir.
Bəli, sənəddə belədir, lakin müharibə başa çatandan yolda ekoloji fəallarla vətəndaş cəmiyyəti təmsilçilərinin aksiyası başlayanaqədər olan illər boyu RSK Ermənistandan Xankəndinə silah-sursat, hərbçilər daşınmasının, əks istiqamətdə isə Azərbaycanın RSK-nın müvəqqəti nəzarətindəki ərazilərində yerləşən faydalı qazıntı yataqlarının vəhşicəsinə istismarı hesabına doldurulan yük maşınlarının hərəkətinin qarşısını almayıb.
Tam əksinə, rusiyalı sülhməramlılar prosesə hamilik ediblər və edirlər.
Laçın yolunun qapadılmasının üzvi və məntiqi səbəbləri var.
Üçtərəfli bəyanatda da vurğulandığı kimi, Ermənistan tərəfi Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin reallaşmasının təminatına dəstək olmalı, zəruri şərtlərə əməl etməli idi.
Zəngəzur dəhlizi ilə Laçın yolu paralel fəaliyyət nəsnələri hesab olunur.
Ermənistan üçtərəfli bəyanatdak şərtə əməl etməkdən israrla boyun qaçırırsa, müxtəlif bəhanələr uyduraraq yekun sülh sazişinin imzalaqnması prosesində maneələri sıralayırsa, Zəngəzur dəhlizi layihəsinin reallaşmasına imkan verirsə, Laçın yolu niyə açıq olmalıdır ki?!
Azərbaycan vətəndaşları ölkəmizin Şərqi Zəngəzur bölgəsindən Naxçıvana rahat gedib-gələ bilmirsə, RSK-nın müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan və istisnasız olaraq hamısı Ermənistarn pasportu daşıyan qarabağlı ermənilər nə səbəbdən Ermənistana rahat gedib-gəlməlidir?
Rusiya da “Laçın yolu məsələsi”ndə Ermənistanı dəstəkləməyə başlayıb.
Rəsmi Bakı qarabağlı ermənilərə və RSK mənsublarına ərzaq, yanacaq, dərman preparatları və s.-la bağlı ehtiyaclarının ödənməsi üçün Ermənistan yoluna alternativ olaraq Ağdamda yaradılmış anbarlardan faydalanmağı təklif edirlər.
“Ərzaq və yanacaq böhranı”ndan şikayətlənən ermənilərlə rusiyalı sülhməramlılar çox asan, rahat şəkildə Ağdama gedərək ehtiyaclarını təmin edə bilərlər.
RSK komandanlığı Bakının təklifini qəbul etmək əvəzinə qarabağlı erməni separatçılarını “radikal addımlar”a təşviq edərək situasiyanı daha da gərginləşdirir.
2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın 4-cü, 7-ci və 9-cu şərtlərinə əsla, qəti şəkildə əməl etməyən Ermənistan hazırda RSK-nın olduğu ərazilərdəki təqribən 10 min nəfərlik silahlı ermənilərdən Azərbaycana qarşı istifadə etmək niyyətindədir.
Halbuki, Bakının şərtləri çox sadədir.
Ermənistan ölkəmizin ərazilərində hələ də qalan hərbçilərini son nəfərədək çıxarmalı, qarabağlı ermənilər silahı yerə qoyaraq Azərbaycana reinteqrasiyaya başlamalı, Xankəndindəki terrorçu xuntanın qondarma “hakimiyyət strukturları” ləğv edilməlidir.
RSK-ya güvənən, Fransaya bel bağlayan və hələ də illüziyalar aləmindən qurtula bilməyən ermənilər anlamalıdır ki, sabiq Dağlıq Qarabağ Muxtar Vilayətinin azərbaycanlı sakinləri artıq gözləmək istəmirlər.
Onlar Xankəndidə, Xocalıda, Ağdərədə, Əsgəranda və sabiq DQMV-nin hələlik RSK-nın nəzarətindəki digər ərazilərdəki evlərinə, yurd-yuvalarına qayıtmaq niyyətindədirlər.
Məhz bu səbəbdən qarabağlı ermənilərin silahlılarından və Ermənistan Müdafiə Nazirliyinin hərbçilərindən ibarət dəstələrə qarşı Azərbaycan antiterror əməliyyatı keçirmək hüququna malikdir.
Beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun olan həmin əməliyyat Üçtərəfli Bəyanat çərçivəsində olacaq, çünki Ermənistan bu sənədin tələblərinə əməl edəərk hərbçilərini ölkəmizin ərazisindən çıxarmadığı üçün əməliyyat keçirməklə İrəvanı şərtlərə riayətə vadar etmiş olacağıq.
Rusiyanın bəyanatlarına gəldikdə isə, onlar məntiqdən çox uzaqdır. RSK Qarabağa yerli ermənilərin silahlı dəstələrini qorumaq, onlara dəstək vermək üçün yox, mülki erməni sakinlərin mühafizəsi üçün yeridilmişdi.
Rusiya Sülhməramlı Kontingenti silahlı erməni dəstələrini ərazimizdən çıxarmayıb və bu niyyətdə olmayıb. Belədə, RSK-nın Qarabağda qalmia müddətinin 2025-ci ildə birdəfəlik bitməsi qaçılmaz məsələyə çevrilir.
Moskva nədənsə unudur ki, Üçtərəfli Bəyanat ermənilərin istədiyi status-kvonun əldə edilməsi üçnü yox, Ermənistan hərbçilərinin ölkəmizdən çıxarılması və yerli qarabağlı ermənilərin silahlı bandalarının tərksilah edilməsi üçnü imzalanmışdı.
Rusiya Federasiyası haqqında bəhs etdiyimiz sənədin yaratdıtı imkanları dəyərləndirmədi.
Azərbaycanın səbr kasası artıq daşıb.
Bundan sonra yaşanacaq proseslər, Ermənistana gedəcək tabutlar, erməni anaların gözyaşları və İrəvandakı Yerablurda qazılacaq yeni məzarlar üçün kimlərin məsuliyyət daşıdığından bəhs etdik.
Hələ gec deyil – antiterror əməliyyatının başlanmaması üçün zəruri addımlar atıla bilər.
Antiterror əməliyyatı başlaryarsa, rusiyalı sülhməramlılar prosesə müdaxilə edə bilməzlər – onların səlahiyyəti yoxdur.
Ermənilər bu səbəbdən Rusiyaya bel bağlayıb ümid etməsinlər.
Onların yeganə ümid yeri Bakıdır…
Elçin Alıoğlu
TREND