Ölkə
Bu küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Bakının bir neçə küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, paytaxtın Səbail rayonu ərazisində yerləşən Parlament prospekti, Mehdi Hüseyn və Teymur Elçin küçələrində aparılan təmir işləri ilə əlaqədar bu gün saat 20:00-dan sabah saat 23:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun