Ölkə
Həcc ziyarətində ölənlər arasında azərbaycanlılar varmı?
Həcc ziyarətində ölən zəvvarlar içərisində Azərbaycan vətəndaşı yoxdur.
Bu barədə Milli.Az-a Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.
“Azərbaycanlılar sağ-salamatdır, rəhmətə gedənlər arasında vətəndaşlarımız yoxdur”, – QMİ-dən qeyd edilib.
İdarədən əlavə olaraq bildirilib ki, zəvvarlar artıq ziyarətlərini bitirmək üzrədirlər, ayın 26-sından sonra vətənə qayıdacaqlar.
Qeyd edək ki, şiddətli istilər səbəbindən Həcc ziyarəti zamanı 1000-dən çox zəvvarın öldüyü haqda məlumat yayılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun