Ölkə

Mingəçevirdə güclü külək ağacları aşırdı: ölü və yaralılar var

——-

00:12

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Mingəçevirdə güclü küləyin ağacları aşırması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Məlumata görə, hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Onlardan biri – 2003-cü il təvəllüdlü R.Qasımzadə ölüb.

Digər zərərçəkənlər – 1969-cu il təvəllüdlü G.Sadıqov, 1994-cü il təvəllüdlü Y.Nuriyev, 1981-ci il təvəllüdlü R.Qədirov və 2 azyaşlıdır.

Onların vəziyyəti qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.

——-

21:52

Mingəçevir şəhərində güclü külək nəticəsində bir neçə ağac aşıb.

Milli.Az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin müxtəlif ərazilərində qeydə alınıb.

Küləyin ağacları aşırması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, hadisə nəticəsində nəqliyyat vasitələrinə də zərər dəyib.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button