Ölkə
Daşkəsəndə iri gövdəli ağac yola aşıb, tıxac yaranıb
Güclü külək Daşkəsən rayonunda da fəsad törədib.
Milli.Az report.az-a istinadən xəbər verir ki, təbii hadisə nəticəsində rayonun Bayan kəndində iri gövdəli ağac aşaraq yola və kənardakı evin üzərinə düşüb.
Hadisə səbəbindən Gəncə-Daşkəsən avtomobil yolunda bir müddət tıxac yaranıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, ağac yoldan götürüldükdən sonra nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Qeyd edək ki, bir neçə saat öncə Qərb bölgəsində həmçinin, Mingəçevir və Yevlaxda da güclü külək bir sıra fəsadlar törədib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun