Ölkə
Sükan arxasında infarkt keçirdi – Avtomobillər toqquşdu
Tovuz rayonunda yol qəzası baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakini 1956-cı il təvəllüdlü Nikolay Cəfərovun idarə etdiyi avtomobil digər nəqliyyat vasitəsinə çırpılıb.
Hadisə zamanı avtomobillərə çox ciddi zərər dəyməsə də, N.Cəfərov vəfat edib.
Məlum olub ki, o, sükan arxasında infarkt keçirərək vəfat edib. Qəza da bu səbəbdən baş verib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun