Ölkə

Kirayə mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxsləri üçün kompensasiyanın məbləği təsdiqlənəcək

Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi qaydası və məbləği təsdiqlənəcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanunun tətbiqi haqqında fərmanında bildirilib.

Fərmana əsasən, Nazirlər Kabineti iki ay müddətində gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi qaydasını və məbləğini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button