Ölkə

Azərbaycanlı sevgilisindən bu səbəbdən ayrılıb

44 yaşlı rusiyalı teleaparıcı, aktrisa və model Viktoriya Bonya 31 yaşlı azərbaycanlı sahibkar Ruslan Həsənovdan ayrılmasının səbəbini açıqlayıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET


Milli.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, o bu barədə “Zlıye yazıki” verilişində danışıb.

Bonyanın sözlərinə görə, Həsənov onu səbəbsiz yerə qısqanır və idarə etməyə çalışırdı. O da bəlli olub ki, Viktoriya məhz Ruslanın yaşına uyğun görünməsi üçün bıçaq altına yatıbmış.

V.Bonya, həmçinin bildirib ki, R.Həsənov onu məşhur dostuna da qısqanıb: “Mən Los-Ancelesdə idim və Filipp Pleynə (almaniyalı dizayner-red.) zəng etmişdim, o mənim dostumdur, biz uzun illərdir tanışıq. Zəngimiz haqda sosial şəbəkədə skrinşot paylaşdım. Orada üzüm görünmürdü. Bu an Ruslan zəng edir və deyir: “Sən indi bunu silirsən. Orada xalatda lüt oturmusan”. Mənim xalatım bağlı idi. Ona dedim ki, Filipp mənim dostumdur. Əsəbimdən partladım! Mənimlə belə danışmaq lazım deyil! Yetər. Bu il 45 yaşım tamam olur, niyə hesabat verməliyəm. Özümdən çıxdım, dedim ki, münasibətlərə son qoyuruq”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button