Ölkə

Bakının bu ərazilərində də metro olacaq

“Hazırda metronun bir stansiyanın inşası davam etdirilir, gələcəkdə Bakının Yeni Yasamal, Binəqədi, Yeni Ramana, Şıxov və digər bir sıra ərazilərinə metro xətləri çəkiləcək”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu fikirləri “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, ən önəmli məsələlərdən biri də yaşıl və qırmızı xətt layihələrinin ayrılmasıdır. Bu, paytaxtın kənar ərazilərində də nəqliyyat probleminin həllinə müsbət təsir göstərəcək.

Bəxtiyar Məmmədov Bakı Metropolitenində yeni müasir qatarların xəttə buraxılması prosesinin də davam etdirildiyini deyib.

O qeyd edib, yaxın bir il ərzində daha 35 yeni vaqon gətiriləcək.

Bəxtiyar Məmmədov onu da əlavə edib ki, yaxın zamanlarda metroda ödənişləri bank kartları ilə etmək mümkün olacaq.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button