İnarə Babayeva ilk dəfə Azərbaycanda ifa olunmayan əsərləri təqdim etdi – VİDEO
Milli İncəsənət Muzeyində Azərbaycanın Əməkdar artisti İnarə Babayevanın solo konserti baş tutdu.
Giriş sözü ilə çıxış edən İ.Babayeva qeyd etdi ki, proqramda yer alan ingilis bəstəkarlarının əsərləri Azərbaycanda ilk dəfə ifa olunacaq. “Musiqi dinləmə vaxtıdır” adlı konsert proqramında Əməkdar artistlər Zülfiyyə Sadıqova (fortepiano), Əyyub Əliyev (violonçel) və Nurlan Gəncilinin (qoboy) müşayiəti ilə bir-birindən gözəl əsərləri təqdim etdilər. Gecədə Azərbaycanın tanınmış mədəniyyət xadimləri iştirak etdilər. Sonda İ.Babayeva layihənin gerçəkləşməsində İncəsənət muzeyinin rəhbərliyinə dərin təşəkkürünü bildirərək, bu kimi konsert proqramlarının yeni mövsümdə də təqdim ediləcəyini qeyd etdi.
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az